“Mossad”a tabe “Debka” təşkilatının xəbərinə görə, İsrail ordusu İrana qarşı hazırladığı bir hücum planını nəzərdən keçirir.
Xəbərə əsasən İsrail gəmiləri ABŞ donanmasının köməyi ilə İranı Fars körfəzindən vurmağı planlaşdırır. Quru qoşunları isə İrana Şimali İraqdan hücum edəcək.
Sözügedən təşkilat əldə etdiyi məlumatları Misir kəşfiyyatına istinadən verib. Səudiyyə Ərəbistanı isə ABŞ-dan məsələ ilə bağlı açıqlama verməsini tələb edib.
Digər bir xəbərdə isə İsrailə məxsus gəmilərin bir neçə həftdir ki, ABŞ-ın Beşinci Donanması ilə Körfəzdə hücum əməliyyatları üçün təlimlər keçirdiyi bildirilib.
/dunyabulteni/
/AzeriMuslims/