Dünyada » Ağ Ev Mahmud Əhmədinejatın bəyanatına münasibət bildirdi

“İran uranı xaricə gördərməyə hazırdırsa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi bu barədə məlumatlandırsın”

“Əgər İran az zənginləşdirilmiş uranı xaricə gördərməyə hazırdırsa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi bu barədə məlumatlandırmalıdır”. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli deyib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən ötən ilin oktyabrında təklif edilən çərçivə sazişinə görə, İran 1,2 ton az zəngcinləşdirilmiş uranı zənginləşdirilmək üçün Rusiyaya, nüvə yanacağı istehsalı üçün isə Fransaya göndərməlidir. İran indiyədək bu planla razılaşmasa da, ötən gün prezident Mahmud Əhmədinejat razılıq bəyanatı ilə çıxış etdi. /anspress/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!