Səfir Oğuz Çelikkol istefa vermək qərarına gəlib
Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol "kreslo böhranı"ndan sonra istefa vermək qərarı verib. Bu barədə İsraildə nəşr olunan "Yedioth Aharanot" qəzeti yazıb.
Rəsmi Ankara məlumatı təkzib etsə də, qəzet, İsrail Ankaradakı səfirliyinin İsrail Xarici İşlər Nazirliyinə göndərdiyi teleqrafa istinad edib. Xarici İşlər Nazirliyinin adı açıqlanmayan yüksək səviyyəli nümayəndəsi də xəbəri təsdiqləyib. Məlumata görə, səfirin belə qərar verməsinə "fərdi" məsələlər səbəb olub.
İsraildə dərc olunan "Haaretz" qəzetinin yazdığına görə isə, səfir Çelikkol Avropaya göndəriləcək.
Xatırladaq ki, İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun səfir Oğuz Çelikkolu “Kurtlar Vadisi-Pusu” serialı ilə bağlı söhbətə çağırıb.
Görüşdən əvvəl Danni Ayalon ivritcə yerli jurnalistlərə müraciət edib. O deyib ki, özü adi stulda, səfir Oğuz Çelikkol isə alçaq taxtda oturub.
Bundan başqa, türkiyəli səfiri adəti üzrə nazirlikdə yox, Danni Ayalonun Knessetdəki kabinetində qəbul ediblər. Əvvəlcədən otaqdan Türkiyə bayrağı götürülüb, sərinləşdirici içkilər yığışdırılıb. Oğuz Çelikkol qəbulu bir neçə dəqiqə dəhlizdə gözləməli olub. /anspress/