Maşın suya qənaət məqsədilə yaradılıb
Malaziyalı mütəxəssislər müsəlmanların dəstəmaz almasını asanlaşdırmaq üçün xüsusi avadanlıq ixtira ediblər. Yeni hazırlanan maşın həm dəstəmazın daha tez alınmasına, həm də suyun israf olunmasının qarşısını almağa kömək edəcək. Avstraliya Ərəb Ticarət Təşkilatının direktoru Antoni Qomezin sözlərinə görə, “Dəstəmaz maşını” adlı cihaz yaşıl rəngdə bəzədilib və xüsusi ötürücülər ilə təchiz edilib. Elektron maşınların biri 3-4 min dollar dəyərindədir. Avadanlıq bir nəfərin dəstəmaz alması üçün 1.3 litr sudan istifadə edir.
Həcc zamanı iki milyona yaxın insan dəstəmaz almaq üçün bir günə ən azı 50 milyon litr sudan istifadə edir. Bu maşın vasitəsi ilə suya 40 mln. litr qənaət etmək mümkündür. /anspress/