İlham Əliyev Angela Merkellə iqtisadiyyat və energetika məsələlərini müzakirə edəcək
Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Berlində Almaniyanın baş naziri Angela Merkellə görüşəcək. Bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı ikitərəfli münasibətlər, iqtisadi və energetika məsələləri, həmçinin regional məsələlər müzakirə olunacaq”,-deyə məlumatda bildirilib.
Berlin görüşündən sonra prezident İlham Əliyev fevralın 5-7-də Münhendə keçirilməsi planlaşdırılan Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə jurnalistlərə Konfransın rəhbəri Volfranq İşinqer məlumat verib. /anspress/