![](/up/news/article/thumb_gas_2.jpg)
Bu barədə “Misir əl-Yövm” qəzetində xəbər dərc olunub
Xəbərdə Misir hökumətinin qərarı ilə İsrailə qazın beynəlxalq standartlardan daha ucuz qiymətə satıldığı qeyd edilib. İqtisadçı ekspertlər bunun daxili tələbatın zərəri hesabına edildiyini hesab edirlər.
Artıq ölkənin bir sıra siyasi dairələrinin hökumətin qaz siyasətini tənqid etdiyi və bu məsələyə yenidən baxılmasının vacibliyini qeyd etdikləri xəbər verilir. Ölkənin bir sıra müxalifət partiyalarının liderləri Mübarək iqtidarını İsrailə qaz satmaqdan vaz keçməyə çağıraraq, bunun iqtisadi baxımdan səmərəsiz addım olduğunu bildiriblər. Müxalifətdə olan “əl-Vəfd” Partiyasının funksionerlərindən olan Mustafa ət-Təvil hökumətin yürütdüyü qaz siyasətinin anlaşılmaz olduğunu deyib.
/islamnews/
/AzeriMuslims/