Kaxrizak həbsxanasında saxlanılan məhbuslar döyülərək öldürülüb
İran parlamentində ölkənin Kaxrizak həbsxanasında baş verən hadisələrlə bağlı hesabat hazırlanıb. Sənəddə ölkənin sabiq prokuroru Səid Murtazavi həbsxanadakı məhbuslara qarşı təhqiramiz hərəkətlərə, habelə onların ölümünə görə tənqid olunub.
Hesabatda deyilir ki, məhbusların ölümünə səbəb onların döyülərək öldürülməsidir. Halbuki Murtazavi iddia edirdi ki, onlar sətəlcəm xəstəliyindən ölüb.
İranda prezident seçkilərindən sonra baş vermiş hadisələri təhqiq edən komissiya belə bir qərara gəlib ki, Kaxrizak həbsxanası İslam dəyərlərinə kölgə salır. Sənəddə qanun pozuntularına görə məsuliyyət daşıyanların məhkəmə qarşısına çıxarılması tələb olunub. /anspress/