Yaxın şərq » “İsrail sülh istəmir” – Bəşşar Əsəd

Suriya prezidenti İsrailin Suriya ilə sülh münasibətlərinin yaradılmasında maraqlı olmadığını deyib

“Azadlıq” radiosunun verdiyi məlumata görə, B.Əsəd hesab edir ki, İsrailin Suriya ilə danışıqlar aparmaq xüsusundakı mövqeyi bu ölkənin aparılan sülh prosesini ləngitək və ya ümumiyyətlə pozmaq məqsədi güddüyünü göstərir. Suriya İsrail tərəfi ilə danışıqların başlaması üçün Qolan təpələrinin geri qaytarılması şərtini irəli sürür. İsrail isə Suriyanın heç bir şərt irəli sürməyəcəyi təqdirdə bu ölkə ilə sülh danışıqlarına hazır olduğunu bildirir.

Məlumat üçün bildirək ki, İsrail Suriyaya məxsus olan Qolan təpələrini 1967-ci ildə baş verən Ərəb-İsrail müharibəsi zamanı işğal edib.

/IslamNews/

/AzeriMuslims/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!