Yaxın şərq » Kərbəla ziyarətçilərinin sayında böyük artım vardır

İraqın Kərbəla əyalətinin valisi, Məhərrəm ayının Tasua və Aşura günlərinə yaxınlaşılarkən, Kərbəlaya gələn ziyarətçi sayında böyük bir artımın diqqət çəkdiyini, bu səbəblə də, təhlükəsizlik tədbirlərini artırdıqlarını bildirdi.

İsra.Az saytının xəbərinə görə, Kərbəla valisi Əmaləddin əl-Har Farsnyus müxbiri ilə söhbətində bu il də, Məhərrəm ayı münasibətiylə Tasua və Aşura günlərini Hz İmam Hüseynin türbəsində keçirmək istəyən yerli və xarici ziyarətçilərin sayının keçən illərə nisbətən böyük bir artımın müşahidə edildiyini bildirdi və “Ziyarətçilərin yer mövzusu hər il bizim üçün problem olur. Bunun üçün gələcək illərdə turistik məskən yerləri quraraq bu məsələni həll etməyi ümid edirik” dedi.

Kərbəla valisi əl-Har həmçinin, təhlükəsizlik tədbirlərini artırdıqlarını da ifadə etdi və “Bölgədəki Polis gücləri hər növ terror hərəkatına qarşı hazırdır” -deyə vurğuladı.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!