Dünyada » “HƏMASla əməkdaşlığımız davam edəcəkdir” –Sergey Lavrov
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS-la münasibətlərinin davam etdiriləcəyini bildirib.Fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşdükdən sonra mətbuat konfransı keçirən Rusiya XİN rəhbəri İsrail-Fələsti münaqişəsinin həlli üçün yaradılan Yaxın Şərq kvartetinin daha fəal iş görməli olduğunu deyib. İsrail-Fələstin sülh müzakirələrinin yenidən başlaması üçün lazımi dəstəyi verməyə hazır olduqlarını bildirən Lavrov fələstinli həmkarından son proseslərlə bağlı məlumat alıb.

Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki isə prezident M.Abbasın Moskvaya səfərinin nəzərdə tutulduğunu qeyd edib.

/sondakika/

/AzeriMuslims/ 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!