Dünyada » ABŞ kilsələrindən biri homoseksual olduğunu açıq şəkildə bildirən qadını yepiskop elan edib
Bu, Anqlikan kilsəsinin ABŞ-da fəaliyyət göstərən filialının nümayəndəsi Meri Qlaspuldur.Anqlikan kilsəsinin ABŞ-dakı qolu olan Amerika Yepiskop Kilsəsi (AYK) 1988-ci ildən etibarən başqa bir qadınla birlikdə yaşadığını gizli saxlamayan 55 yaşlı Meri Qlaspulun yepiskop elan edilməsinə 153 rahib səs verib.

Birləşmiş Ştatlar mətbuatının yazdığına görə, M.Qlaspul yepiskop elan edilən ikinci homoseksual qadındır. M.Qlaspul homoseksual olduğunu gizlətməyən ilk yepiskop Gene Robinsonun Amerika Yepiskop Kilsəsinə seçilməsindən sonra qeyri-təbii cinsi meylini gizlətməyən ikinci yepiskop olub.

Məlumat üçün bildirək ki, AYK dünyanın bir sıra ölkələrində filialları olan və 77 milyon xristianın üzvü olduğu Anqlikan Kilsələr İttifaqının ABŞ-dakı qoludur.

/haber3/

/AzeriMuslims/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!