Dünyada » İslam alimləri tarixi fətva veriblər
İslam alimləri ABŞ-da əsir saxlanılan Afiyət Siddiqi ilə bağlı fitva veriblərBelə ki, Səudiyyə Ərəbistanı, Pakistan, Küveyt və Misirdən olan bir qrup alim 2003-cü ildən ABŞ-da əsir saxlanılan Pakistan əsilli Afiyət Siddiqinin azad edilməsinin hər bir müsəlmanın üzərinə vacib olduğunu bildiriblər. “Qeyri-müsəlmanların əlində əsir olan müsəlman bir qadının azad edilməsi bütün müsəlmanların üzərinə vacibdir. Hər bir islam mənsubu müsəlman qadının əsirlikdən azad edilməsi üçün əlindən gələni etməlidir”,- deyə Pakistanın Dar əl-Ülum Fitva Komitəsinin üzvü Təqi Osmani bildirib.

Məlumat üçün deyək ki, Afiyət Siddiqi 2003-cü ildə 3 uşağı ilə anasını ziyarət etməyə gedərkən Pakistanın Karaçi şəhərində qaçırılmışdı. Daha sonra, 2008-ci ildə onun sağ olması haqda xəbərlər yayılmışdı.

/haber5/ 


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!