dini dwkan
RUS   |    AZE

Ümumxalq səsverməsi başa çatdı

Artıq seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb

Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) başa çatıb. Seçicilər 125 seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində ölkənin ana əsas qanununa əlavə və dəyişikliklərə səs verib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səhər saat 8-də başlayan səsvermə 5 min 402 məntəqədə keçirilib. Yerli və beynəlxalq müşahidəçilər bütün məntəqələrdə səsvermə prosesinin gedişini maneəsiz izləyə biliblər. Referendumu 47 mindən çox yerli və 177 beynəlxalq müşahidəçi izləyəcək, 20-dən artıq xarici KİV nümayəndəsi işıqlandırıb. Saat 17.00 üçün açıqlanmış məlumatlara görə, səsvermədə seçicilərin 64,12 faizi, yəni, 3 137 851 nəfəri iştirak edib. Qeyd edək ki, saat 10.00-da respublika üzrə seçici fəallığı 14,7 faiz, 12.00-da 32,44 faiz, 15..00-da isə 52,47 faiz olub. /ANS PRESS/

18 Mart, 2009  21:33 Baxılıb: 1484 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54