dini dwkan
RUS   |    AZE

Bəhailik güclü informasiya dəstəyi alır!

Son zamanlarda bəzi internet səhifələrində və ya mətbuat orqanlarında Bəhailik və xüsusilə bəhai qadını iranlı Tahirə Qəzvini haqqında məqalələrə rast gəlinir. Əlbətdə ki, mətbuat orqanı məlumat mərkəzidir və istənilən mətbuat orqanı, istənilən məlumat haqqında informasiya vermək hüququna malikdir.

Amma tolernatlığa üstünlük verən ölkəmizdə, çoxlu sayda inanc qruplarının olduğu halda, məhz Bəhailiyə bu qədər əlavə yer ayırmaq və məqsədli şəkildə təbliğ olunması düşündürücüdür. Eyni zamanda 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam verdiyi vaxtda, Bəhailiyin bu qədər informasiya təbliğatına yol verməsi və bəzi internet səhifələrinin də buna imkan yaratması, həmin internet səhifələrinin xüsusi maliyələşdirilməsi və ya onlar tərəfindən nəzarət olunması məsələsini ortaya çıxardır. Belə olduğu halda cəmiyyətdə olan dini azınlıqlar və inanc qrupları arasında balans pozulur və nəticədə yalnız bir istiqamətdə, Bəhailiyin xüsusi inkişafı və təbliğinə yol verilməklə, ictimaiyyətin fikrinin bir yerə yönəlməsinə və diqqətin cəlb olunmasına şərait yaradılır.

Xüsusən son zamanlar da bəhai qadını iranlı Tahirə Qəzvinini həm müxtəlif seminarlarda, həm də mətbuat orqanlarında Azərbaycanın ictimai xadimi kimi təqdim etmələri və bunun altında əslində Bəhailiyin təbliğini güdmələri, bununla da əxlaqsız və cinayətkar bir qadını Azərbaycan adına tanıtdırmaları müşahidə olunmuşdur. Halbuki, Tahirənin tarixdə Azərbaycanla bağlı heç bir əlaqəsinin olmadığı, Azərbaycan adına heç bir fəaliyyət və xidmət göstərmədiyi, əksinə öz yeni düşüncələrini yaymaq uğrunda minlərlə müsəlmanın və türkün ölümünə səbəb olan üsyanlarda, baş rolda çıxış etmişdir. Bu da həm o zaman, həm də indki zamanda müsəlmanların və azərbaycanlıların hiddətinə və nifrətinə səbəb olmuşdur.

İndiki halda bəzi internet səhifələrində həm Bəhailiyin təbliği, həm də Tahirənin Azərbaycanlı qəhrəman qadın kimi təqdim olunması yol verilməzdir. Eyni zamanda Tahirənin adına örnək verici seminarların təşkil olunması və həm də bunun mətbuat orqanlarında işıqlandırılması Azərbaycan tarixi və müsəlman cəmiyyəti adına utanc vericidr.

313news.net

24 Mart, 2017  13:55 Baxılıb: 863 Çap
Teqlər : bəhailik , babilik

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54