![]() |
![]() |
• Maraqlıİslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!Son günlər milli saytlarımızda xəbər paylaşılır ki, guya İslandiya dövləti onların qadını ilə evlənən immiqrant kişilərə ayda 5000$ pul verməyə başlayıb. Bunun səbəbi isə orada kişilərin sayının qadınlardan xeyli az olması göstərilib. Deyilənə görə, hətta Nigeriyadan xeylı kişi turistlər bu ölkəni görməyə gəlib. Digər dövlətlərdə viza rejimi üzərində işləməyə başlayıb. Bəs görəsən məsələnin əlsi nədən ibarətdir? 2016-cı ilin iyun ayında "The Spirit Whispers" adlı internet bloqu sözügedən xəbəri paylaşmış, oradan da digər saytlara yayılmışdır. Xəbər İslandiya vətəndaşlarına o qədər narahatçılıq yaratmışdır ki, İslandiyanın "The Reykjavík Grapevine" saytı iyul ayının 1-də bu barədə xüsusi xəbər hazırlamışdır. Xəbərdə deyilir ki, İslandiyada hər 1000 qadına 1007 kişi düşür. Paytaxt Reykyavikdə bu rəqəm 985-in 1000-ə, şəhərkənarında isə 1129-un 1000-ə nisbətində dəyişir. Göründüyü kimi, İslandiyada nəinki kişi çatışmazlığı var, hətta müəyyən qədər də çoxluq təşkil edir. Danimarkanın Misirdəki səfirliyinə İslandiyaya getmək üçün o qədər müraciətlər ünvanlanmışdır ki, iyul ayının 13-də rəsmi facebook səhifəsində bu xəbərin yalan olması barədə məlumat paylaşılmışdı. Xatırladaq ki, İslandiyanın Misirdə səfirliyi olmadığı üçün viza məsələlərini Danimarka səfirliyi həll edir. Biz də öz növbəmizdə milli xəbər saytlarımızdan daha professional davranaraq, paylaşdıqları xəbərin doğruluq payını öyrənmək üçün 5 dəqiqə əlavə vaxtlarını sərf etmələrini xahiş edirik. 313news.net
16 Sentyabr, 2016 14:48 ⁄ Baxılıb: 1957 ⁄ Çap
Bu bölmədə4 Oktyabr, 2016 ANS açılır, amma...29 Sentyabr, 2016 Bakıda xanım avtomobil ustası... - VİDEO |
Xəbər lenti
2 Dekabr, 2016 10:00
28 Sentyabr, 2016 12:46
24 Sentyabr, 2016 19:40
|