dini dwkan
RUS   |    AZE

Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.

Britaniyanın "The Independent" qəzetinin verdiyi məlumata görə, 13.05.2016-cı il tarixdə İŞİD terror təşkilatının bir qrup üzvü tərəfindən Real Madrid tərəfdarlarının toplaşdığı kafeyə basqın olub.

Yerli fan-klubun rəhbərinin verdiyi məlumata görə, fanatlar mütəmadi olaraq Furat kafesində görüşürlər. Canlı oyunlar olmayanda, köhnə oyunları seyr edirlər.

Fan-klub rəhbəri Ziyad Sübhan bildirib ki: "Həmin gün bir qrup terrorist kafeyə daxil olaraq AK-47s avtomatlarından yaylım atəşi açaraq önlərinə gələni qətlə yetirdilər. Onlar futbolu sevmir və anti-müsəlman oyunu hesab edirlər."

Hadisə zamanı ən az 13 Real Madrid tərəfdarı öldürülüb, 25 nəfər isə yaralanıb.

La Liga rəsmi "twitter" səhifəsi hadisə qurbanları və onların ailələrini xatırladıqlarını yazıb.

Real Madrid rəsmi klub saytı isə hadisə ilə bağlı məlumat dərc etmiş və klub olaraq olanlardan kədərləndiklərini bildirmiş, İraq xalqına dərin hüznlə baş sağlığı vermişlər.

 

 

 

 

 

313news.net

14 May, 2016  01:06 Baxılıb: 939 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54