dini dwkan
RUS   |    AZE

Dünyada

Belçikaya vəhhabilik necə gəldi?

Belçikanın Avropada vəhhabilik və terrorizm mərkəzinə çevrilməsinin bir çox səbəbləri var. Bu səbəblərin əksəriyyətinin əsası 1960-cı illərdən başlayaraq səudiyyəli sələfi (vəhhabi) təbliğatçılarının ölkəyə daxil olmaları ilə qoyulmuşdur.

Neft müqavilələri imzalamağa böyük marağı olan Belçika kralı Boduin (Boudewijn) 1967-ci ildə Brüsseldə səfərdə olan Səudiyyə kralı Feysələ belə bir təklif etdi: Belçikanın paytaxtında məscid tikiləcək və Səudiyyə tərəfindən hazırlanmış təbliğatçılar ölkəyə qəbul edəcək.

Həmin dövrdə Belçika ucuz işçi qüvvəsi kimi Türkiyə və Mərakeşdən immiqrant qəbul edirdi. İki kral arasında əldə edilmiş razılaşmanın nəticəsində tikiləcək məscid həmin işçilərin əsas ibadət yeri olacaqdı.

Brusseldə bunun üçün artıq möhtəşəm bir məkan da mövcud idi. 1879-cu ildə belçikalı memar Ernst Van Humbikin layihəsi əsasında Milli Sərgi Evi üçün şərq üslubunda bir pavilyon tikilmiş, lakin sonradan baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü. 1967-ci il sazişinə əsasən həmin pavilyon 99 il müddətə Səudiyyə dövlətinə icarəyə verildi. Həmin bina yenidən qurularaq 1978-ci ildə Brussel Böyük Məscidi, həmçinin Belçikanın İslam və Mədəniyyət Mərkəzi kimi fəaliyyət başladı.

Məscid Beçika müsəlmanlarının rəsmi səsi olaraq tanınırdı. Ancaq buradakı radikal sələfi təbliğçiləri sayəsində yeni immiqrantlar fərqli bir İslamla tanış oldular. Bu gün 11 milyonluq Belçikada 600 min Mərakeş və Türkiyə əsilli insan yaşayır.

Belçika parlamentinin üzvü Corc Daleman (George Dallemagne) deyir ki: "Mərakeş cəmiyyəti səhradan yox, dağlıq və dağətəyi ərazilərdən gəlmişlər. Onlar İslamın Maliki məzhəbinə mənsub olmaqla bərabər, Səudiyyə və buna bənzər ölkələrin müsəlmanlarından daha tolerantdırlar. Lakin onların əksəriyyəti Belçika Məscidinin sələfi xətib və təbliğçiləri tərəfindən etiqad dəyişikliyinə məruz qaldılar. Hətta bəzi mərakeşlilərə Səudiyyə Ərəbistanının Mədinə Universitetində təhsil almaq üçün təqaüdlər də verilirdi."

Cənab Daleman bildirir ki, sələfi təbliğatçılar Mərakeşli immiqrantların Belçikaya inteqrasiyasının qarşısını almağa çalışırdılar. O sözlərinə belə davam edir: "Biz Səudiyyənin dostluğu və müttəfiqliyindən danışmağı xoşlayırıq, lakin Səudiyyəlilər hər zaman ikili siyasət aparırlar: Onlar İrandakı şiələrlə mübarizə aparmaq üçün Qərblə əməkdaşlıq etmək istəyirlər, lakin buna baxmayaraq,  dünyanın qalan hissəsində dinlərindən söhbət gedəndə istilaçı, işğalçı əqidəyə sahibdirlər."

Cənab Daleman Belçika parlamentində Səudiyyə Ərəbistanı ilə münasibətlərin zəifləməsinə və Belçikada sələfi təsirinin azaldılmasına dair çoxsaylı qətnamələrə sponsorluq etmişdir. "Bizi siyasi cəhətdən zəiflətməyə çalışan ölkələrlə dialoq qura bilmərik. Lakin problem burasındadır ki, hökumət hələ indi bu məsələlər gözünü açıb." - deyə Corc Daleman bildirmişdir.

Hələ Fransada törədilən terrora münasibət bildirən zaman Belçika Məscidinin imamları bu hadisəni törədənləri sərt şəkildə tənqid etmiş, Fransa xalqına başsağlığı vermişdilər. Halbuki, 2015-ci ilin avqust ayında WikiLeaks tərəfindən aşkar edilmişdir ki, illər əvvəl Belçikada İslam və Mədəniyyət Mərkəzinin səudiyyəli direktoru Xalid əl-Əbri təkfirçi fəaliyyətinə görə ölkədən xaric edilmişdi.

Bu gün Belçika Məscidinin imamı özlərinin terrorizmlə əlaqələndirilməsini qəbul etmir. Sabah televiziyalara çıxıb bir neçə belçikalı sələfini terror əleyhinə danışdırıb, İŞİD-i pislədəcəklər və həyat yenə də davam edəcək. Sadə avropalının bir çoxu bu nağıla yenə də inanacaq. Yenə İŞİD-ə qarşı mübarizədən danışılacaq, pərdə arxasında hansısa müsəlman ölkəsində yeni müharibə meydanının planları hazırlanacaq. Səudiyyə və digər ölkələrin sələfi ideologiyalı təhsil mərkəzlərində beyni zəhərlə doldurularaq ölkələrinə göndərilmiş təbliğatçılar bu müharibə meydanlarında savaşmaq üçün yeni qurbanlar hazırlayacaq, təlimatlandırıb "cihad"a göndərəcəklər. Özləri isə təbliğat apardıqları ölkədə terroru lənətləyəcək, radikallığı pisləyəcəklər.

Ümumiyyətlə, sələfi ideologiyasını mənbə kitablardan araşdırıb cəmiyyətə təqdim etmədikcə, insanlar bu cərəyanın əsl simasını tanımadıqca, bu cür potensial təhlükələr hər bir dövlət üçün aktual olaraq qalmaqda davam edəcək. Üzdə terrorçuluğu pisləyib, lakin bütün etiqad kitablarında terrorizm toxumları səpən, məktəb və universitetlərdə təkfirçi təbliğatçılar yetişdirən sələfilik ideologiyasının bu günkü beyin mərkəzi Səudiyyə Ərəbistanı və müttəfiqlərinə qarşı münasibət indiki kimi davam edəcəksə, terrorçuluqdan, radikallıqdan və s.-dən danışmağın heç bir mənası olmayacaq.

Bunu əsla unutmayın: Sələfilik bir ilandır. İstər İŞİD üzvləri kimi qara paltar geyindir, istərsə də Səudiyyə şeyxləri kimi ağ paltar. Hər ikisi ilandır, hər ikisi zəhərlidir.

"The Independent" qəzetinin materiaları əsasında

Əlavələr: 313news.net

Video: Belçikalı sələfi cihadçıları Suriyada şiə vətəndaşın başını kəsərkən kameraya çəkirlər.

 

23 Mart, 2016  02:16 Baxılıb: 1477 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54