dini dwkan
RUS   |    AZE

İran prezidenti: “Azərbaycanlılar olmasaydı, İranda inqilab qələbə çalmazdı”

İran prezidenti deyib ki, böyük Azərbaycan əhalisi ədəbiyyat, elm, siyasət və şücaət əsatiridir.

İslaminsesi.org-un İRIB-yə istinadən verdiyi xəbərə görə, bu sözləri prezident Həsən Ruhani Şərqi Azərbaycan ostanına səfəri zamanı Təbriz əhalisi qarşısındakı çıxışı zamanı deyib:

“Azərbaycan və Təbriz İranda azadlıq və məşrutəni yaradan qəhrəmandırlar və əgər onların 29 bəhmən qəhrəmanlığı və müqaviməti olmasaydı, inqilab qələbə çalmazdı.

Heç kəs böyük İran xalqının, o da ki, Azərbaycanın və böyük Təbrizin qəhrəman əhalisinin emosiyaları ilə oynaya bilməz

Bütün ətrafımızın və regionumuzun ixtilaf və müharibə alovunda yandığı bir zamanda bizim İranımızda böyük İran xalqının şücaəti və birliyi ilə nəinki bütün ölkə boyu sabitlik və dinclik hökm sürür, həm də region xalqları müqəddəs İran İslam Respublikası Quruluşuna və böyük İran xalqına ümid bəsləyirlər və biz imkan daxilində xalqın dincliyi, sabitliyi və təhlükəsizliyi yolunda addım atmışıq.

Biz bu gün beynəlxalq səhnədə olduqca mühüm bir nöqtəyə çatmışıq və bu gün dünya səviyyəsində İranofobiyaya üstün gəlməkdəyik.

Bu gün beynəlxalq səhnədə sizin müzakirələr və diplomatiya üzrə nümayəndələriniz İran xalqı üçün qürur və iftixar gətiriblər. Siz bilin ki, bu müzakirələrin sonu Allah-Taalanın köməkliyi ilə böyük İran xalqı üçün iftixar olacaqdır”.

20 May, 2015  22:33 Baxılıb: 2706 Çap
Teqlər : İran , Azərbaycan

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54