dini dwkan
RUS   |    AZE

Dünyada

Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb

313news.net saytı inter.az-a istinadən bildirir ki, İslam peyğəmbərinin qızı xanım Fatimeyi Zəhranın(ə) doğum günü ilə əlaqədər dünyanın müxtəlif universitetlərində təhsil alan tələbələr öz universitetlərində və universitet yaxınlığında xanımlara və müəllimlərə güllər və məktublar təqdim ediblər.

Maarifçi aksiyanın ideya müəllifi və əsas təşkilatçısı 22 yaşlı azərbaycanlı tələbə Ağa Mehdiyev deyib: "Ətraf mühitlə yanaşı mənəviyyatın da çirkləndirildiyi, münaqişələrin artdığı dünyada biz birlikdə bunu edə bildik.

Müxtəlif millətlərdən, dinlərdən, məzhəblərdən olan tələbələrlə bir araya gəlib hər zaman gülə layiq olan xanımlara bu münasibətlə güllər və məktublar hədiyyə etdik.

Mövzu qadın və xanım Fatimə(ə) ilə bağlı olsa da, məktubda çox böyük ehtiram bəslədiyimiz xanım Məryəmlə bağlı maarifləndirici fikirlərə də yer verdik.

İnsanlığa xanım Fatimə(ə) və xanım Məryəmə(ə) sevgimizi xanımlara gül hədiyyə etməklə bildirdik.

Mən əlbəttə ki, tək başına bu işi görə bilməzdim. Tələbələrlə yanaşı, aksiyamıza qoşulan tələbələrin tapılmasında bir çox insanların böyük rolu oldu. Şükürlər olsun ki, bu işi görmək kimi şərəfə nail olduq."

Dünyanın müxtəlif ölkələrindəki ali təhsil məktəblərini əhatə edən aksiyadan çəkilən video materialı sizə təqdim edirik:

 

 

 

11 Aprel, 2015  15:06 Baxılıb: 1918 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54