dini dwkan
RUS   |    AZE

Ateizm ideologiyasını çürüdən möhtəşəm bir kitab işıq üzü görəcək

Allahın gerçəyinin isbatı ilə bağlı dəyərli əsərlərdən biri olan “Teizm Seminarları” kitabı yanvar ayının 13-dən etibarən satışa çıxarılacaq. Böyük islam mütəfəkkiri və filosof Şəhid Mütəhhərinin müəllifi olduğu kitabın əsas istiqaməti Allahın varlığını müxtəlif və rəngarəng dəlillərlə isbatlamaqdan ibarətdir.

Kitabda əsasən üç növ dəlildən istifadə olunub:

1) fitri dəlil 2) elmi dəlil 3) fəlsəfi dəlil

Hər dəlilin isə çoxsaylı forma və modelləri izah olunub. Kitabda digər maraqlı məqam isə Allahı isbatlayan dəlillərə əks arqument kimi göstərilən Darvinizm və Şərr probleminin araşdırılmasıdır.

Qeyd edək ki, möhtəşəm bir əsər olan "Teizm seminarları" kitabı ayın 13-də işıq üzü görəcək və satışı 9 manat olacaq. Yanvarın 13-nə kimi sifariş verənlər kitabı 7 manatdan əldə edəcəklər və əlavə olaraq pulsuz ünvana çatdırılma haqqı da qazanacaqlar. Kitabı əldə etmək istəyənlər Parlaq İmzalar Nəşriyyatı ilə əlaqə saxlasınlar. (Facebook səhifəsi)

9 Yanvar, 2015  20:52 Baxılıb: 3708 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54