dini dwkan
RUS   |    AZE

Türkiyə hökuməti Azərbaycana xəyanət etdi

Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin adı dəyişdirilib.

"Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, abidənin üzərində yazılan "soyqırım" sözü pozulub və "qətliam" sözü yazılıb. Abidənin açılışı bu ilin fevral ayında sabiq bələdiyyə sədri Əli Ərdoğanın iştirakı ilə edilmişdi. Lakin qardaş ölkədə bələdiyyə seçkilərindən sonra bu kresloya gələn yeni sədr - Nurullah Cihan abidənin üzərindəki "soyqırım" sözünü bu yaxınlarda "qətliam" sözü ilə dəyişdirməyə qərar verib.

Türk saytlarının yazdığına görə, o, bu addımı Türkiyə hökumətinin tələbi ilə atıb. Bəlli olur ki, Türkiyədə yaşayan ermənilər abidənin adına etiraz ediblər. Onların könlünü almaq üçün Uşak bələdiyyəsi "Xocalı soyqırımı" sözünü "Xocalı qətliamı" ilə dəyişdirib.

Xarici İşlər Nazirliyiyinin isə məsələyə yanaşması belə olub: "Rəsmi Ankara Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində erməniləri incitmək istəmir". Xocalının sabiq icra başçısı, millət vəkili Elman Məmmədov bu abidənin açılışında iştirak etdiyini, amma "soyqırım" sözünün silinməsindən xəbərsiz olduğunu bildirib:

"Abidənin açılışında iştirak etdim. Açılış əsnasında abidənin üzərində "Xocalı soyqırımı" yazılmışdı. Amma Türkiyədən bizə qarşı bu hörmətsizliyi normal qarşılanmıram. Çünki, bu gün ABŞ-ın 15 əyaləti Xocalı soyqırımını tanıyır. Belə bir zamanda qonşu və qardaş ölkənin bu addımına xəyanətdən başqa söz tapa bilmirəm".

27 Aprel, 2014  17:20 Baxılıb: 4282 Çap
Teqlər : Türkiyə , Azərbaycan

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54