dini dwkan
RUS   |    AZE

15 yaşlı Ayşə 3 ay ərzində 1000 Suriyalı üsyançı ilə "seks cihad"-da oldu

FaktXəbər-in Misirdə dərc olunan "Ən-Nəhar" qəzetinə istinadən verdiyi məlumata görə, Suriyada 3 ildən çoxdur davam edən silahlı qarşıdurmalar minlərlə insanın həyatına son qoyduğu kimi, eyni zamanda yüzlərlə qadının da istismara məruz qalmasına səbəb olub.

Belə hallardan biri də Səudiyyə Ərəbistanı vətəndaşı olan Aişə Əl-Bəkrinin başına gəlib.

15 yaşlı səudiyyəli qız Məhəmməd Əl-Ərifi adlı vəhhabi aliminin "Cihad nikahı" fətvasını əsas götürərək Suriyaya yollanıb. 3 ay bundan öncə Suriyaya gedən səudiyyəli qız bədənini mücahidlərə təklif etməklə Suriyadakı cihadda aktiv iştirak etmək qərarına gəlib.

Ölkəsinə qayıdarkən Livanın paytaxtı Beyrut şəhərindəki hava limanında jurnalistlərə açıqlama verən Aişə Əl-Bəkri bildirib ki, 3 ay müddətində xeyli sayda mücahidlə cinsi əlaqədə olub. Bunlar əsasən İraq, Əlcəzair, Somali, Pakistan və Efiopiyadan olan muzdlu döyüşçülərdir. Səudiyyə Ərəbistanına qayıdarkən hamilə olduğunu söyləyən 15 yaşlı qız, gələcək övladının atasının kimliyini dəqiq bilmədiyini söyləyib.

Məlumat üçün bildirək ki, vəhhabi müftilərin verdiyi "Cihad Nikahı" fətvasından sonra Ərəb ölkələrindən çox sayda qadının Suriyada döyüşən müxaliflərin cinsi ehtiyaclarını aradan qaldırmaq üçün Suriyaya getdikləri xəbərləri yayılmaqdadır. Xüsusilə  "Əl Nusra" terrorist qrupunda döyüşənlərin cinsi ehtiyaclarını aradan qaldırmaq üçün bir çox ölkədən qadınların Suriyaya gəldiyi ifadə edilir.

4 Aprel, 2014  02:02 Baxılıb: 20409 Çap
Teqlər : Suriya , Səudiyyə

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54





visit us
เกมส ได เง นจร ง