dini dwkan
RUS   |    AZE

Dünyada

İsrailin bütün səfirlikləri bağlandı

Diplomatların tətil eləməsi ucbatından İsrailin bütün ölkələrdəki səfirlikləri bağlanıb.

Diplomatlar əmək haqlarının azlığından şikayətlənirlər. İsrailli məmurlar əmək haqlarının artırılmasını tələb edirlər.

Arannews - un xəbərinə görə diplomatların ümumdünya etirazı Roma Papası Fransiskin İsrailə səfərini təhdid altında qoyur. Onun səfəri may ayı üçün planlaşdırılır.

Ekspertlərin sözlərinə görə, bu tarixidə ilk hadisədir. Tətil 102 diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib. Dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində də böhrana səbəb olub.

"Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil", - diplomatlardan biri deyib.

XİN rəhbəri Aviqdor Liberman baş verənləri "məsuliyyətsizlik" adlandırıb.

"Bu dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik", - nazir qeyd edib.

Tətil edənlər isə 1200 nəfər diplomatik missiya əməkdaşının etiraza qoşulduğunu deyirlər. Onların sözlərinə görə, aksiya müddətsizdir.

diplomatlar deyirlər ki, xairici ölkələrə gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Son 15 ildə diplomatların 3-də bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar.

25 Mart, 2014  17:44 Baxılıb: 2363 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54