dini dwkan
RUS   |    AZE

Suriyada terrorçuların sayı, milliyəti və s. məlumatlar

Suriya ordusuna qarşı döyüşən xarici terrorçuların sayı 2011-in aprelindən 2013-ün dekabrına kimi 284 min nəfər olub.

İslamazeri.az-ın “Al Alam”-ə istinadən verdiyi xəbərə görə, ABŞ statistika mərkəzi olan IAC Suriyadakı terrorçular və onları dəstəkləyənlər barədə verdiyi məlumatda bildirib ki, Suriyadakı xarici terrorçuların sayı böhran başladıqdan etibarən 284 min nəfərdən çox olub. Belə ki, bu terrorçu dəstələr 87 milliyyətdən təşkil olunub.

Məlumata əsasən, bu saydan 58 min nəfər qətlə yetirilib, 82 min nəfər Suriyanı tərk edib, 12 min nəfər itkin düşüb və 96 min nəfər hələ də “Nusra”, İŞİD və digər silahlı qruplarla birlikdə döyüşürlər. 2013-ün dekabrı Suriyada terrorçuların ən çox olduğu zamandır. Onların sayı 143 min nəfər olub.

ABŞ və Avropa vətəndaşı olan terrorçuların sayı 12 min 760 nəfərdir, onlardan 2083 nəfəri geri qayıdıblar və 674 nəfərin vətəndaşlığı ləğv olunub. Səudiyyə Ərəbistanı 19 min 700 nəfərlə ən çox suriyalı olmayan terrorçuya malikdir. Belə ki, bu günə kimi onlardan təxminən 4 min nəfər qətlə yetirilib. “Cihad nigahı” üçün Suriyaya qadın göndərən ilk ölkə Tunis olub. Onların sayı 96 min nəfər olub və onlardan 18 min nəfəri qətlə yetirilib.

Məlumata əsasən, bu günə kimi Fars körfəzinin ərəb ölkələri tərəfindən Suriyadakı terrorçuları dəstəkləmək üçün təxminən 34 milyard dollar xərclənib. Qətər 13 milyard dollarla bu ölkələrin başında yer alır. Terrorçu vəhhabilərin döyüşməsi üçün Səudiyyə 11 milyard və digər ərəb ölkələri ümumilikdə 10 milyard dollar xərcləyiblər.

Statistikaya əsasən, çeçen döyüşçüləri ən təcrübəli və Səudiyyə döyüşçüləri ən təcrübəsiz terrorçulardır və qaçanlar arasında Livan döyüşçüləri çoxluq təşkil edirlər. Türkiyə ordusu bu günə kimi 247 əsgər və zabitini müharibədə itirib. Bu itki PKK qurbanları və ya hərbi təlim zamanı ölənlər adı ilə qeydə alınıb. Suriyada ilk xarici silahlı əməliyyat 2011-ci il aprelin 19-u baş verib, belə ki, Banias şəhərinin şossesinə livanlı bir döyüşçü hücum edib. Bununla yanaşı Türkiyə xəstəxanaları Suriya döyüşlərinin qurbanı olanların bədən üzvlərini oğurlamaqda və satmaqda birinci yerdədirlər.

25 Mart, 2014  17:11 Baxılıb: 2584 Çap
Teqlər : Suriya

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54