dini dwkan
RUS   |    AZE

Silah

Azərbaycan silah idxalına görə Avropada ikincidir

Azərbaycan Avropada əsas silah növlərinin idxalçı-ölkələri arasında ikincidir.

APA-nın məlumatına görə, bu barədə Stokholm Sülh problemlərinin araşdırılması institutunun (Stockholm International Peace Research Institute (SIPRI)) hesabatında deyilir.

Sənəddə 2009-2013 və 2004-2008-ci illərdə dünyanın bir sıra bölgələrində silah ixracı və idxalı göstəricilərinin müqayisəli analizi yer alıb.

Hesabatda qeyd olunub ki, son 5 ildə Avropada silah idxalı 2004-2008-ci illərlə müqayisədə 25 faiz azalıb. Böyük Britaniya əsas silahların ən iri idxalçısıdır. Bu ölkənin payına Avropanın silah tədarüklərinin 12 faizdən çox hissəsi düşür. İkinci yerdə Azərbaycan (12 faiz), üçüncü yerdə isə Yunanıstandır (11 faiz). 

2004-2008-ci illərlə müqayisədə 2009-2013-cü illərdə Azərbaycana silah idxalı 378 faiz artıb.

Hesabata əsasən, son 5 ildə Azərbaycana idxal olunan silahların 80 faizi Rusiyadan alınan silahların üzərinə düşür. Azərbaycan həmçinin Belarus, Ukrayna, İsrail və Türkiyədən silah idxal edib.

Qeyd edək ki, dünyada ən iri silah ixracatçısı ölkələri bunlardır: ABŞ (dünyada silah ixracının 29 faizi), Rusiya (27 faiz), Almaniya (7 faiz), Çin (6 faiz) və Fransa (5 faiz).

19 Mart, 2014  11:41 Baxılıb: 2428 Çap
Teqlər : Azərbaycan

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54