dini dwkan
RUS   |    AZE

Kəmaləddin Heydərov Məşhəddə İmam Rzanın (ə) qəbrini ziyarət edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın Xorasan-e Rəzəvi əyalətinə səfər edib.

Bu barədə İnterAz-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

M.Pakayin bildirib ki, K.Heydərov Xorasan-e Rəzəvi əyalətinin başçısı Əlirza Rəşidiyanla görüşüb.

Nazir əyalətə səfəri çərçivəsində Məşhəd şəhərində də olub və İmam Rzanın (ə) qəbrini ziyarət edib. O, Məşhəd şəhərinə səfərindən məmnun olduğunu bildirib.

Ə.Rəşidiyan deyib ki, hər il Məşhəd şəhərinə 25 milyon nəfər ziyarətçi gəlir ki, onların da bir milyon yarımı xarici ölkə vətəndaşıdır: "Ötən il (İranda il martın 21-də dəyişir - red.) Azərbaycandan Məşhədə 13 min nəfər ziyarət üçün səfər edib. Belə səfərlərin artırılması üçün infrastruktur mövcuddur və Bakı-Məşhəd aviareysinin açılması da səfərlərin artmasında müsbət rol oynaya bilər".

Əyalət başçısı qeyd edib ki, Xorasan-e Rəzəvi əyalətində, xüsusilə Məşhəd şəhərində investorların sərmayə yatırması üçün müxtəlif sahələri, o cümlədən 37 sənaye şəhərciyi, 46 növ mədən, polad sənayesi və kənd təsərrüfatı məhsulunu göstərmək olar: "Ümid edirik ki, Məşhəd və Bakı şəhərlərinin yaxınlaşması üçün zəmin yaranacaq".

Səfirin sözlərinə görə, K.Heydərov üç günlük səfəri çərçivəsində İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Mehdi Kərbasiyanla da görüşüb: "İki ölkə arasında mədən və sənaye sahələrində əməkdaşlığın inkişafı və mədən sahəsində birgə araşdırmaların aparılması üzrə fikir mübadiləsi aparılıb".

IRNA agentliyinin məlumatına görə, K.Heydərov bildirib ki, görüşlərdə İran və Azərbaycan arasında mədəniyyət, tarixi, dini, iqtisadi və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial var. Bu potensiallardan ikitərəfli əlaqələrin inkişafı üçün istifadə olunmalıdır: "İran və Azərbaycanda investorlara sərmayə yatırmaq üçün şərait yaradılmalıdır".

Qeyd edək ki, səfir M.Pakayin də K.Heydərovla birlikdə İranda səfərdə olub, görüşlərdə iştirak edib və bu gun Bakıya qayıdıb.

17 Mart, 2014  22:44 Baxılıb: 3312 Çap
Teqlər : Azərbaycan

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54