dini dwkan
RUS   |    AZE

Yeni kitab: Kərbəla torpağının şəfası

Mömin qardaş və bacıların maddi və mənəvi dəstəyi ilə şübhələrə cavab silsiləsindən olan "Kərbəla torpağının şəfası" kitabı işıq üzü gördü.

Sələfi saytları və TV kanallarında tez-tez müşahidə edilir ki, İmam Hüseynin (ə) türbətinin hər dərdin şəfası olmasına şiələrin etiqad bəsləmələri şirk amili və gülüş obyekti kimi təqdim edilir. Ancaq şiə və əhli-sünnə alimlərinin mövqeləri, hədis ədəbiyyatları şəfa mövzusunda eyni mövqedədirlər. Allahın iznilə bu kiçik həcmli kitabda sözügedən şübhələr cavablandırılmışdır.

Kitabı başda 28 May metro stansiyası yaxınlığında yerləşən "Məsumə" mağazası olmaqla, şəhərimizin dini dükanlarından əldə edə bilərsiniz.

 

Kitabdan qısa başlıqlar:

Şəfa ilə dəvanın fərqi.

Kərbəla torpağı hər dərdin şəfasıdır.

Şiə alimlərinin nəzərləri.

Kərbəla torpağının şəfa olması rəvayətlərdə.

Şəfa vermək yalnız Allahın əlindədir.

Şəfa ayə və əhli-sünnə rəvayətləri baxımından.

Şəfa tələb etməkdə əsli-sünnənin əməli üslubu.

Əhli-sünnə alimlərinin nəzərində torpaq yeməyin hökmü.

Əhli-sünnə mənbələrində torpaq yeməyin haram olmasını deyən bütün hədislər zəifdir.

2 Mart, 2014  02:11 Baxılıb: 2868 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54