dini dwkan
RUS   |    AZE

Dünyada

ABŞ konqresmenləri Barak Obamanı İranla müzakirələrə başlamağa çağırıblar

ABŞ konqresmenləri ölkə prezident Barak Obamaya məktub ünvanlayıblar

APA-nın İRİB-ə istinadən məlumatına görə, 118 konqresmenin imzaladığı məktubda B. Obamadan İranda iyunun 14-də keçirilmiş XI dövr prezident seçkilərinin nəticələrini nəzərə alaraq, rəsmi Vaşinqtonun Tehranla müzakirələrə başlaması və razılığa gəlmək barədə əsaslı addım atmağa zəmin yaratması istənilir.

Qeyd edək ki, məktub Şimalı Karolina və Pensilvaniya ştatlarının nümayəndələri tərəfindən hazırlanıb, Demokratlar və Respublikaçılar partiyalarının 118 üzvü isə onu imzalayıblar. Bundan əvvəl istefada olan 25 amerikalı diplomat da B. Obamaya məktub ünvanlayaraq ondan İranla müzakirələrə başlamağa və Həsən Ruhaninin andiçmə mərasimində rəsmi Tehranı təbrik etməyi istəyiblər.

20 İyul, 2013  02:52 Baxılıb: 2184 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54