dini dwkan
RUS   |    AZE

Azərbaycandan Həcc ziyarətinə təyyarə reyslərini Fransa şirkəti həyata keçirəcək

Bu il Azərbaycandan zəvvarların Həcc ziyarətinə təyyarə reyslərini həyata keçirəcək aviaşirkətin adı məlum olub

APA-nın məlumatına görə, zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edəcək.

Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda ancaq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) həyata keçirir. Ziyarətçilər üçün nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalanlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4100 manatdan ibarətdir. Həcc ziyarətinə səfərlər ancaq təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar üçün avtobuslarla səfər edə bilməyəcəklər. 3250 manat xərc tələb olunan xidmət üçün limit artıq dolub, digər xidmət variantı üçün isə limitin yaxın vaxtlarda dolacağı gözlənilir. Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunur.

27 Aprel, 2013  02:20 Baxılıb: 2089 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54