dini dwkan
RUS   |    AZE

İranın neft ehtiyatları ABŞ-ı geridə qoydu

İranda yeni neft layı kəşf edilib

 

APA-nın məlumatına görə, bu barədə İran Milli Neft Şirkəti Araşdırmalar Mərkəzinin rəhbəri Hörmüz Kalavənd bildirib. O deyib ki, yeni lay Fars vilayətindən Borazcana qədər davam edir, hətta Fars Körfəzinin altına qədər uzanır: “Bu laya çata bilmək üçün 3300 metrədək qazıntı işi apardıq. İlk quyunu qazdıqdan sonra layda olan neftin 56 dərəcə yüngüllükdə olduğunu öyrəndik. Ona görə də bu neft yüngül neft növünə aid edilir, lakin keyfiyyətlidir”.

H. Kəlavənd qeyd edib ki, bununla da İran neft ehtiyatının həcminə görə ABŞ-ı arxada qoyub: “Hazırda dünyada neft ehtiyatının həcminə görə Səudiyyə Ərəbistanı və Venesueladan sonra İran üçüncüdür”.

 

21 Aprel, 2013  02:14 Baxılıb: 2318 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54