dini dwkan
RUS   |    AZE

Dünyada

Merkel: “İslam Almaniyaya aiddir”

Merkel, istefa vermiş prezident Kristian Vulfun sözlərini təkrarlayıb

Almaniya kansleri Angela Merkel seçmə vətəndaşlarla İnternet söhbətində Almaniyanın keçmiş prezidenti Vulfun İslam ilə bağlı dediklərini təkrarlayıb, - "Deyerler" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Almaniya kansleri İnternetdə Google şirkəti tərəfindən hazırlanan video konfrans vasitəsilə vətəndaşların suallarını cavablandırıb. Federal hökumət tərəfindən Merkel ilə danışması üçün 6 vətəndaş seçilib.

Merkel ilə danışmaq haqqı verilən Hani əl-Muhəmmədi adlı tələbə Almaniyada gəlmələrə və müsəlmanlara qarşı daha açıq olunmasının tələb olunduğunu bildirib. Merkel əl-Muhəmmədiyə verdiyi cavabında Almaniyada gəlmələrin bu ölkə üçün bir zənginlik olduğunun yavaş-yavaş öyrənildiyini bildirib. O, daha sonra İslamın Almaniyaya aid olduğunu bildirib.  Merkel, istefa vermiş prezident Kristian Vulfun sözlərini təkrarlayıb. Belə ki, Vulf Almaniyanın birləşməsinin 20-ci ildönümü münasibətilə çıxışı zamanı İslamın Almaniyanın bir hissəsi olduğunu bildirmişdi.

21 Aprel, 2013  02:04 Baxılıb: 2367 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54