dini dwkan
RUS   |    AZE

Dünyada

Corc Buş Saakaşviliyə Rusiya ilə avqust müharibəsinə girərkən nə deyib?

Gürcüstan prezidenti ötən gün “Rustavi-2” telekanalına müsahibəsində bir-birindən sensasiyalı məlumatlar verib

 

Onun məlumatlarından biri də məhz 2008-ci il avqust müharibəsi və bu müharibəyə ABŞ-ın münasibəti ilə bağlı olub, - "Deyerler" “QruziyaOnyaln”-a istinadən xəbər verir.

Onun sözlərinə görə, ABŞ onu Moskva ilə hərbi münaqişəyə girməməyə çağırıb. Saakaşvili bildirib ki, bu çağırışı ona ABŞ-ın o zamanki dövlət katibi Kandaliza Rays edib.

Corc Buşun reaksiyasına gəlincə isə, Saakaşvili bildirib ki, Buş ruslar artıq Gürcüstan ərazisinə girdikdən sonra ona zəng vurub. “Rusiya ordusu artıq Tiflisə doğru hərəkət edərkən Buş mənə zəng vurdu. O məndən soruşdu: “Hə Mişa, necəsən orda, yəgin ki, yaxşı deyilsən, elədir?””, - deyə prezident bildirib.

Buşun belə bir atmacasına özünün dediyinə görə Saakaşvili sərt tonla cavab verib: “Mənin özümü necə hiss etməyimin artıq mənası yoxdur. Sabah artıq mən olmaya bilərəm. Lakin, düşünürəm ki, siz də özünüzü yaxşı hiss etməməlisiniz. Çünki, Sovet İttifaqı sizin atanızın hakimiyyəti dövründə dağılıb. İndi sizin prezidentliyiniz dövründə rus ordusu Tiflisə girsə, Sovet İttifaqı yenidən qurulacaq. Bu zaman sizin haqqınızda tarix nə yazacaq?”.

Saakaşvilinin sözlərinə görə, bundan sonra Buş heç nə cavab verməyib və iclasa girməsini bəhanə edərək ondan gözləməyi istəyib. Bunun ardınca Amerika öz donanmasını Gürcüstana göndərmək qərarına gəlib.

Gürcüstan prezidenti onu da bildirir ki, avqust münaqişəsi zamanı Birləşmiş Ştatlar Rusiya ordusunun Gürcüstana girdiyi Rokski tunelini bombalamaq istəyib. Saakaşvili, bu qərarın sonadək qəbul edilməməsinə görə təəssüfləndiyini bildirib.

 

18 Aprel, 2013  03:15 Baxılıb: 2212 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54