dini dwkan
RUS   |    AZE

İran zəlzələlərdə 31 min vətəndaşını itirib

Son 13 ildə İranın zəlzələ itkisi bu qədər qiymətləndirilir

Dünyanın ən seysmo-aktiv bölgələrindən sayılan İranda zəlzələlər nəticəsində 20-ci əsrdə təqribən 130 min, son 13 ildə isə 31 min adam həlak olub. 313news.net-in "Anadolu" xəbər agentliyinə istinadlı məlumatına görə, cənubunda Ərəb, cənub-qərbində Afrika və şərqində Hind tektonik tavaları olan İran ərazisinin 90%-i fəal zəlzələ fayları üzərində yerləşir.

Son 13 ildə 12 böyük zəlzələ fəlakəti yaşamış İslam Respublikasında bu gün də 7.8 bal gücündə təkanlar baş verib.

Keçən həftə Buşəhr vilayətində baş vermiş zəlzələdə 37 nəfər həlak olmuşdu.

21-ci əsrin ilk böyük zəlzələsi 2002-ci ildə Qəzmin vilayətində baş vermiş və 6.5 bal gücündəki zəlzələdə 250 nəfər həlak olmuşdu.

Bu zəlzələdən 1 il sonra ölkə 21-ci əsrin ən böyük zəlzələsini yaşadı. Bəm şəhərində 6.6 bal gücündə baş vermiş zəlzələdə 30 min nəfər həlak oldu. Bəzi kəndlər xəritədən silindi.

17 Aprel, 2013  02:45 Baxılıb: 1861 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54