dini dwkan
RUS   |    AZE

Silah

Obama: “Şimali Koreya nüvə raketindən istifadə edə bilmir”

"Amerikanın kəşfiyyat məlumatları sübut edir ki, Şimali Koreya hələ ballistik raketlərində nüvə başlıqlarından istifadə etmək imkanlarına malik deyil"

Bu barədə ABŞ prezidenti Barak Obama “NBC” telekanalına müsahibəsində bildirib, - "Deyerler" “RİA Novosti”-yə istinadən məlumat verir.

Bu günlərdə məlum olub ki, ABŞ Hərbi Dəniz Qüvvələri sudan Şimali Koreya tərəfindən ötən ilin dekabr ayında buraxılmış “İnxa-3” raketini çıxardıb. Həmin raketdə məhz nüvə başlığının taxılması texnologiyasının sınağının keçirildiyi ehtimal olunur.

Qeyd edək ki, artıq bundan öncə Pentaqon rəsmiləri də bildirirdilər ki, onlar Şimali Koreyanın nüvə silahından istifadə etmək imkanlarına inanmır.

17 Aprel, 2013  02:26 Baxılıb: 2143 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54