dini dwkan
RUS   |    AZE

Maliki : “İranın cavabı ağır olacaq”

"Bütün dünya yaxşı bilir ki, İrana hücum nə deməkdir"

İraqın baş naziri , İrana qarşı hər cür avantürist hərəkətlə müxalif olduğunu bildirərək, İranın cavabının dağıdıcı və ağır olacağı üzərində təkid edib, - "Deyerler" “İRİB”-ə istinadən xəbər verir.

İraqın baş naziri Nuri Əl-Maliki Misirdə çıxan “Əl-Əhram” qəzetinə verdiyi müsahibədə, İranın nüvə enerjisi fəaliyyətləri barədəki sualın cavabında deyib: “Nüvə fəaliyyətləri sülhsevər olunca kimsəni narahat etməz. Amma nüvə silahları hamını, o cümlədən regionun bir üzvü kimi bizi də narahat edir. Nədən beynəlxalq ictimaiyyət sionist rejimin atom silahları müqabilində sükut edib? Bu məsələ bizi ciddi surətdə narahat edir”.

“Biz dünya ictimaiyyətindən istəyirik ki, İsrailin atom silahları təhdidindən bizi və dünyanı xilas etsin. Bu kimi silahların regionda olması  bütün dünya üçün təhlükə hesab olunur ", -deyə Nuri Maliki sözlərinə əlavə edib.

İraqın baş naziri Amerikanın İrana qarşı ehtimal olunan hücumu barədə verilən suala belə cavab verib: “Biz bunun əleyhinəyik, zira bütün dünya yaxşı bilir ki, İrana hücum nə deməkdir. Region ölkələrinin hamısı da İranın belə bir hücuma cavabının keyfiyyətinin nə olacağını yaxşı bilir.

Belə bir hücum baş tutarsa, biz İraqda daha çox xəsarət görərik. Belə ki, Hörmüz boğazı vasitəsi ilə  baş tutan bütün neft ixracatımız dayanar. Bundan əlavə İraq, Livan və Fars körfəzində stabillik tam şəkildə pozular. Mən amerikalılarla da bu barədə danışmışam. Onların özü də bunun necə sonuclanacağını yaxşı bilir və buna meyilli deyillər”.

8 Aprel, 2013  13:58 Baxılıb: 1563 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54