dini dwkan
RUS   |    AZE

İranlı bloqerin ölümündə şübhəli bilinən şəxslər həbs edildi

Həbsxanada iranlı bloqer Səttar Behiştinin ölümü ilə əlaqədar bir neçə şübhəli şəxs həbs edilib

Bu barədə Trend çərşənbə axşamı "Fars" agentliyinə istinadən məlumat verir.

"İş üzrə istintaq xeyli gec başladığına görə bəzi əşyayi-dəlillər və faktlar ola bilsin ki itirilib", - Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi deyib.

Onun sözlərinə görə, prokurorluq məhkəmə üçün zəruri sənədləri hazırlayır, daha ətraflı məlumat təqribən 10 gündən sonra veriləcək.

Qeyd edək ki, Səttar Behişti oktyabrın 30-da öz evində həbs edilib. "Amnesty International" beynəlxalq hüquq müdafiəsi təşkilatı bəyan etmişdi ki, təqribən 1 həftə əvvəl antihökumət bloqunun yaradıcısı həbsxanada işgəncələr nəticəsində dünyasını dəyişib. Bununla əlaqədar İran parlamenti araşdırmalara başlamışdı. Aparılan ilkin araşdırmalar onun işgəncəyə məruz qalmadığını göstərmişdi.

14 Noyabr, 2012  03:40 Baxılıb: 780 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54