dini dwkan
RUS   |    AZE

Əhmədinejad parlamentdə dindiriləcək

İran parlamentinin 77 üzvü bununla bağlı petisiyaya qol çəkib

İran prezidenti Mahmud Əhmədinejad milli valyuta rialın məzənnəsinin düşməsi ilə bağlı parlamentə çağırılıb.
ANS PRESS "PressTV" telekanalına istinadən bildirir ki, Əhmədinejadın parlamentə gəlməsini tələb edən petisiyaya 77 deputat qol çəkib. İran parlamentində isə 290 yer var. Ölkə qanununa görə, tələbə cavab vermək üçün prezidentin 30 gün vaxtı var.

Qeyd edək ki, rialın dəyərinin azalması qərb dövlətləri tərəfindən İranın energetika və maliyyə sektoruna qoyulmuş sanksiyaların fonunda baş verir. Hazırda 1 dollara 31 min rial almaq olur. 2011-ci ilin ortalarında isə 1 dollara yalnız 11 min rial almaq olardı.

6 Noyabr, 2012  03:07 Baxılıb: 811 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54