dini dwkan
RUS   |    AZE

Silah

NATO yükləri Azərbaycan ərazisi ilə daşınacaq

Söhbət Əfqanıstandan çıxarılacaq hərbi heyət, sursat və avadanlıqlardan gedir

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və nəqliyyat nazirinin müavini Musa Pənahov NATO-nun Mənzil Qərargahına səfər edib. etmişlər. Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, səfərin məqsədi Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin (ISAF) iştirakçı dövlətlərinə 2014-cü ildə ISAF əməliyyatının başa çatması ilə əlaqədar Əfqanıstandan çıxarılacaq hərbi heyət, sursat və avadanlıqların Azərbaycan, Gürcüstan və Türkiyənin üzərindən tranzit daşınma imkanlarına dair məlumatın verilməsi olub.

Türkiyə və Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə birgə edilmiş təqdimatda Azərbaycan, Gürcüstan və Türkiyənin quru, hava və dəniz tranzit yolları, mövcud və inşa edilən nəqliyyat şəbəkəsi (Bakı-Tiflis-Qars dəmir yolu və s.), infrastruktur (beynəlxalq hava və dənzi limanları, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt)) və imkanlara dair müfəssəl məlumat verilib və müvafiq bölgələrin gələcək iqtisadi inkişafını nəzərdə tutan, həmçinin siyasi, təhlükəsizlik və maliyyə nöqteyi-nəzərdən etibarlı və sərfəli tranzit xəttini təşkil edən müvafiq yolun təmin edilməsində hər üç ölkənin birgə öhdəlik götürdüyü qeyd olunub.

Geriyə daşınmanın ISAF ölkələri üçün olduqca aktual və önəmli olmasını nəzərə alaraq, sözügedən təqdimat NATO üzvləri və ISAF tərəfdaşları tərəfindən böyük maraqla qarşılanıb və təklif olunan tranzit imkanları yüksək dəyərləndirilib.

A.Əzimovun NATO-nun Mənzil Qərargahına səfəri çərçivəsində onun NATO-nun bır sıra yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşləri keçirilib. Görüşlərdə Azərbaycan-NATO tərafdaşlıq məsələləri, regional təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

6 Noyabr, 2012  03:04 Baxılıb: 1637 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54