dini dwkan
RUS   |    AZE

Silah

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub, ordumuzun iki hərbçisi yaralanıb

Düşmən ordusunun isə bir əsgəri məhv edilib, dördü yaralanıb.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub. APA-nın məlumatına görə, hadisə cəbhənin Ağstafa rayonu istiqamətində qeydə alınıb. Tərəflər arasında baş verən intensiv atışma nəticəsində Ermənistan tərəfi bir itki verib, 4 nəfər yaralanıb. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi də mətbuata təsdiqləyib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu isə APA-nın sorğusuna cavabında bildirib ki, təmas xəttində baş vermiş atışma zamanı Azərbaycan Ordusunun iki hərbçisi – Cəlal Alıyev və Urfan Vəliyev güllə yarası alıblar.

9 İyul, 2012  13:34 Baxılıb: 1433 Çap
Teqlər : Azərbaycan , Qarabağ

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54