dini dwkan
RUS   |    AZE

Silah

Rusiya "pendir-çörək" kimi silah satır

313news.net-in trtazerbaycan-a istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin 2012-ci ilin birinci yarısında 6,5 milyard dollarlıq silah satdıqlarını bildirib.

 

Hərbi Sənaye Kompleksləri Komitəsinin toplantısında çıxış edən Putin silah ixracatının 6,5 milyard dolları keçdiyini, keçən ilin ilk yarısıyıla müqayisədə 14 faiz artım qeydə alındığını söyləyib.

Rusiyada silah ixracatının 2005-ci ildə 6 milyard dollar kimi rəqəmlərdə olduğunu, 2011-ci ildə 13 milyard dollara çatdığını qeyd edən Putin sifarişlərin isə daha da çox olduğunu vurğulayıb. Dünyanın ikinci böyük silah ixracatçısı olan Rusiya 55 ölkəyə satış həyata keçirir. Suriya, Çin, Hindistan, Malayziya, Venesuela Rusiyanın əsas silah alıcılarıdır. Moskva 2013-cüildə 13,5 milyard dollarlıq ixracat həyata keçirməyi planlaşdırır.

Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun hesabatına istinad edən Putin Rusiyanın dünya silah ixracatı bazarında 24 faizlik hissəylə ikinci olduğunu söyləyib. 30 faizlik paya sahib olab ABŞ isə birinci yerdədir.

 

3 İyul, 2012  13:27 Baxılıb: 1374 Çap
Teqlər : Rusiya , Putin

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54