dini dwkan
RUS   |    AZE

Dünyada

Ermənilər "Metsamor" AES-in təhlükə mənbəyi olduğunu etiraf etdilər

Bu ölkənin “Ekolur” təşkilatı Ermənistanın Səhiyyə və Fövqəladə Hallar Nazirliklərinə müraciət edib.

Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyası (AES) bərbad hala düşüb. Artıq vəziyyət o yerə çatıb ki, erməni ekoloqları özləri həyacan təbili çalmağa başlayıblar. Bu barədə ANS PRESS Ermənistan mətbuatına istinadən məlumat verir.

Məsələ burasındadır ki, ötən ay "Metsamor" AES-i ətrafında olan əkin sahələrini sel basıb. Daşqınları stansiyanın bir neçə kilometrliyinədək ərazilərə yaxınlaşaraq AES-in irriqasiya sistemini tamamilə sıradan çıxarıb. Bu da AES-in su tullantıları çıxan borularına təsirsiz ötüşməyib.

Məsələ ilə bağlı Ermənistanın “Ekolur” təşkilatının işçi qrupu hadisə yerində olub. Onlar AES-də baş verənlərdən dəhşətə gəliblər. Belə ki, su ilə dolmuş stansiyanın zirzəmilərində zibil yığılıb. Hətta burada ölmüş heyvanlarıbn cəsədlərinə də rast gəlmək olur. Ekoloqlar burada ölmüş itlərin, pişikləri və hətta toyuq cəsədlərini də gördüklərini deyirlər.

Artıq “Ekolur” Ermənistanın Səhiyyə, Fövqəladə Hallar Nazirliklərinə müraciət edib. Xatırladaq ki, "Metsamor" AES-dəki reaktorun istifadə müddəti 2001-ci ildə başa çatıb. Azərbaycan və Türkiyə dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər.

2 İyul, 2012  22:17 Baxılıb: 1452 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54