dini dwkan
RUS   |    AZE

Saakaşvili Bakı səfərini niyə yarımçıq qoydu?

Gürcüstan prezidenti bununla bağlı məlumatı "Facebook" səhifəsində yerləşdirib

Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb. ANS PRESS-in “Georgia online” saytına istinadən verdiyi məlumata görə, bu barədə M.Saakaşvili özünün rəsmi “Facebook” səhifəsində məlumat verib.

Prezidentin səfərinin yarımçıq kəsməsinə Qərbi Gürcüstanın Sameqreloda vilayətində baş verən dağıdıcı daşqınlar səbəb olub.

Xatırladaq ki, Mixail Saakaşvili Crans Montana Forumunda iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev və forumun təsisçisi, icraçı sədri Jan-Pol Karteronun dəvəti ilə Bakıda səfərdə olub. Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdən sonra Saakaşvili birbaşa vətəninə qayıdıb.

Gürcüstanda yağan aramsız leysan yağışları ölkənin qərbində güclü daşqınlara səbəb olub. Kəndlər su altında qalıb, yollar və körpülər dağılıb. Yeddi kənddə vəziyyət kritik həddədir. Daşqının nəticələrinin aradan qaldırılması üçün regiona mobil qüvvələr və texnika gətirilib, bir neçə yerdə xüsusi qərargahlar yaradılıb.

30 İyun, 2012  03:31 Baxılıb: 1157 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54