dini dwkan
RUS   |    AZE

Vəfa Quluzadə: “Rusiya son 20 ildə Qafqazda sülh və sabitliyin formalaşmasına imkan verməyib”

“Rusiya son 20 ildə Qafqazda sülh və sabitliyin formalaşmasına, o cümlədən Qafqazın vahid region kimi inkişafına imkan verməyib”.

313news.net-in APA-ya istinadən verdiyi məlumata görə, bu fikirləri politoloq Vəfa Quluzadə “Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il və onun dərsləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Politoloq qeyd edib ki, Qafqaz ölkələri müstəqillik qazandıqdan sonra mütəmadi təzyiqlərə məruz qalıblar: “Qafqazın bu 20 il ərzində qarşılaşdıqları sunami, zəlzələ və sel oldu. Bu zəlzələ və sunami Qafqaz üçün Rusiyadır. Rusiya bu 20 ildə bizim Qafqaz evimizi dağıdıb”.

V. Quluzadə vəziyyətdən çıxış yolunun yalnız demokratiya olduğunu qeyd edib: “Bu demokratiya Qafqazı sərhədləri olmayan Avropaya çevrə bilər”

28 İyun, 2012  16:15 Baxılıb: 1076 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54