dini dwkan
RUS   |    AZE

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Nümayəndəliyi təsis olunub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyi təsis olunub.

313news.net-in SalamNews-a istinadən verdiyi məlumatına görə, bu münasibətlə Tiflisdə tədbir keçirilib.Toplantıda QMİ-nin nümayəndə heyəti, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan icmasının, müxtəlif dini idarələrin nümayəndələri iştirak edib.

Tədbir Hacı Rahib Kərimovun Qurani-Kərimdən oxuduğu ayələr ilə başlanıb.

QMİ Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev qeyd edib ki, yeni qurum Gürcüstanda rəsmi qeydiyyatdan keçib: "Ümidvaram ki, nümayəndəlik Gürcüstanda yaşayan müsəlmanlara xidmət göstərməklə yanaşı, bu ölkədə fəaliyyətdə olan müxtəlif dini idarələrlə səmərəli əməkdaşlıq əlaqələri yarada biləcək".

O, qeyd edib ki, bu qurum heç kəsə qarşı yaradılmayıb, onun qapısı hamının üzünə açıqdır, hamı ilə əməkdaşlığa hazırdır. "Onu da bildirim ki, Gürcüstan vətəndaşları olan müsəlmanlara xidmət, həmçinin Gürcüstan dövlətçiliyinə xidmətdir. Biz çalışacağıq ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk", - Əli Əliyev deyib.

QMİ başçısının 1-ci müavini Hacı Salman Musayev Gürcüstanda belə bir nümayəndəliyin təsis olunmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib. Sonra Hacı Salman Şeyxülislam Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsi Gürcüstan nümayəndəliyinin təsis olunması münasibətilə təbrik mətnini oxuyub.

Hacı İsaq Novruzov nümayəndəliyin rəhbəri Əli Əliyevin Gürcüstanda çoxillik fəaliyyətindən danışıb və bu təşkilatda da səmərəli işləyəcəyinə ümidvar olduğunu bildirib.

28 İyun, 2012  11:54 Baxılıb: 936 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54