dini dwkan
RUS   |    AZE

Ermənistan atəşkəsi pozmaqda davam edir

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

APA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistan silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyenberyan rayonunun Barekamavan və Berdavan, İcevan rayonunun Berkaber, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdən, işğal olunmuş Ağdam rayonunun Şıxlar, Cəvahirli, Şirvanlı və Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

27 İyun, 2012  12:39 Baxılıb: 955 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54