dini dwkan
RUS   |    AZE

Səfir Aqşin Mehdiyev: "Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq icma tərəfindən ən ciddi cinayətlər hesab edilən əməllərlə müşayiət olunmuşdur."

“AzərTAc” dövlət agentliyinin verdiyi xəbərə görə, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT Təhlükəsizlik Şurasının silahlı münaiqşələrdə mülki vətəndaşların qorunması mövzusu üzrə keçirilən iclasında çıxış etmişdir.

Azərbaycan nümayəndəsi bildirmişdir ki, beynəlxalq icma silahlı münaqişələrdə mülki vətəndaşların qorunmasına dair qətnamələr, sanksiyalar, BMT sülhməramlı əməliyyatlar və digər vasitələrlə normalar təyin etməyə çalışsa da, bütün dünyadakı silahlı münaqişələrdən məhz mülki vətəndaşlar ən çox əziyyət çəkirlər. Ölkəmizin mövqeyi bundan ibarətidr ki, mülki əhaliyə qarşı müharibə cinayətləri, soyqırımı, humanitar qanunları və insan hüquqları qanunlarını kobud şəkildə pozan halların qarşısını almaq üçün ən səmərəli yol bu əməlləri həyata keçirənləri məsuliyyətə cəlb etməkdir. Liberiyanın keçmiş prezidenti Çarlz Teylor, Konqonun siyasi lideri Tomas Lubanqa kimi şəxslərin törətdiklərinə görə məsuliyyətə cəlb edilməsi bu cür cinayətlərin unudulmaması, bağışlanmaması və hətta ən yüksək səviyyəli rəsmilər tərəfindən belə həyata keçirilməsinin qəbulolunmazlığı barədə aydın mesaj vermişdir.

Təəssüflər olsun ki, bu gün elə dövlətlər var ki, hökumət səviyyəsində “cəzasızlıq” mədəniyyəti aşılayır, işğalçı təcavüzü, qonşuya nifrəti, günahsız insanların evlərindən qovulmasını, bəşəriyyətə qarşı ən ağır cinayətlər törədənləri dəstəkləyir və qəhraman kimi qələmə verir. Davamlı sülhün, ədalət və həqiqətin, barışın bərqərar olunması, münaqişədə mülki qurbanların hüquqları və maraqlarının qorunması və ümumiyyətlə, cəmiyyətin sağlamlığı naminə belə “cəzasılıq” mdəniyyətinə son qoyulmalıdır. Əhalinin təhlüksizliyinin təmin edilməsi münaqişələrin uzunmüddətli siyasi nizamasalınmasına yetişməsi və post-münaiqşə vəziyyətlərində inkişafa yardımın təmin edilməsi üçün əsas şərtdir.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlüksəıizlik Şurasında vurğulamışdır ki, bizim ölkəmiz silahlı münaqişələrdə mülki vətəndaşların əziyyətləri barədə öz təcrübəsindən yaxşı məlumatlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq icma tərəfindən ən ciddi cinayətlər hesab edilən əməllərlə müşayiət olunmuşdur. Belə ki, 1980-ci illərin sonlarında Ermənistandan 230 min nəfərədək Azərbaycan mənşəli əhali qovulmuş, bu prosesdə qətllər, işgəncələr, məcburi yoxa çıxmalar və digər cinayətlər yer almışdır. 1991-94 cü illərdə isə Ermənistan Azərbaycan ərazisində döyüş əməliyyatlarına başlayanda Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı, davamlı və gərgin hücuma keçmişdir. O cümlıdən, 1992-ci ilin fevralında Xocalı şəhəri tamamilə yerlə-yeksan olunmuş, əhalisi görünməmiş qırğına məruz qalmışdır.

Diplomat diqqətə çatdırmışdır ki, tərəflər arasında 1994-cü ildə atəşkəs haqda razılaşma əldə edilsə də, son aylar təmas xətti boyu Azərbaycanın mülki əhalisi və mülki obyektələrinə qarşı ermənilərin hucumları artmışdır. Ötən il təmas xəttinə yaxın yaşayan 9 yaşlı azərbaycanlı uşaq erməni snayperi tərəfindən qətlə yetirlmişdir. Bir müddət sonra isə Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan ərazisindən Azərbaycana axan çaya buraxılan uşaq oyuncağının içinə quraşdırılan partlayıcı qurğunun işləməsi nəticəsində 13 yaşlı azərbaycanlı qız həlak olmuş, onun 32 yaşlı anası ciddi yaralanmışdır.

Uşaqların qətli də daxil olmaqla, Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumlar, Ermənistanın təcavüz və nifrət siyasətinin bir hissəsidir. Səfir Mehdiyev xatırlatmışdır ki, 2000-ci il dekabrın 15-də Ermənistanın hazırki prezidenti, o zamankı müdafiə naziri Serj Sarkisyan Ermənistanın hücumları nəticəsində həlak olan minlərlə azərbaycanlı vətəndaşı ilə bağlı “təəssüf hissi keçirirmi” sualına cavabında bildirmişdir ki, heç bir təssüf hissi yaşamır. Çünki minlərlə insan həlak olsa belə, bu cür hallar zəruridir. Ermənistan hakimiyyətinin mülki vətəndaşların qorunması ilə bağlı mövqeyinə əlavə şərh tələb olunmur.

BMT yanında daimi nümayəndəmiz sonda bəyan etmişdir ki, Azərbaycan silhalı münaqişələrdə mülki vətəndalara qarşı bütün hücumları pisləyir. Münaqişə tərəfləri beynəlxalq humanitar qanunlar və insan hüquqları barədə qanunlara qəti şəkildə riayət etməlidir. Günahsız insanlar münaqişələrin nizamasalınması prosesində ləngimələrə görə cəzalandırılmamalıdırlar. İnsan həyatına sadiqlik, beynəlxalq hüquq normaları və prinsiplərinə riayət və işğalçı qüvvələrin çıxarılması ilə qarşı tərəf danışıqlar prosesində gerçək irəliləyişin əldə edilməsi istəyini nümayiş etdirə bilər.

27 İyun, 2012  12:23 Baxılıb: 815 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54