dini dwkan
RUS   |    AZE

Biz hər zaman Türkiyəni dəstəkləyirik- Azərbaycan XİN

Elman Abdullayev: “Azərbaycan hər zaman qardaş Türkiyəni dəstəkləyir”

“Azərbaycan Türkiyə ilə Suriya arasında baş vermiş insidenti pisləyir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu hadisə gərginliyin aradan qaldırılması və münasibətlərin yaxşılaşmasına xidmət etmir: “Bu cür hadisələr dəqiq və ciddi şəkildə araşdırılmalıdır. Azərbaycan tərəfləri bu olayla bağlı təhqiqat aparmağa çağırır”.

E. Abdullayev qeyd edib ki, Azərbaycan hər zaman qardaş Türkiyəni dəstəkləyir.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 silahsız kəşfiyyat təyyarəsi iyunun 22-də qısa müddətə Suriyanın hava sərhədlərini pozduqdan sonra beynəlxalq hava məkanında Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təyyarənin iki pilotunun öldüyü güman olunur.

25 İyun, 2012  16:49 Baxılıb: 750 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54