dini dwkan
RUS   |    AZE

Afrika

Məhəmməd Mursi Misirin yeni prezidenti seçildi

Ölkədə "İslami hakimiyyət" dövrü başladı

Misirdə keçirilmiş prezident seçkisində “Müsəlman qardaşları” hərəkatının namizədi Muhammad Mursi qalib gəlib. Bunu bazar günü ölkənin Mərkəzi Seçki Komissiyası bəyan edib.

 

Seçkinin ikinci mərhələsində Muhammad Mursi ilə keçmiş prezident Hosni Mubarakın dövründə sonuncu baş nazir olmuş Ahmed Shafik mübarizə aparırdılar.

Onların ikisi də seçkidən dərhal sonra qalib gəldiklərini bəyan etmişdilər.Nəticələr hələ cümə axşamı elan edilməliydi. Amma hər iki namizəd şikayət verdiyindən MSK nəticələrin elan edilməsini bu günədək təxirə salmışdı.

 

Mümkün qarşıdurmanın qarşısını almaq üçün şəhərin küçələrinə əlavə polis qüvvələri çıxarılıb. Morsinin tərəfdarları Təhrir meydanında qələbəni qeyd edirlər.

Amma onlar eyni zamanda hazırda ölkəni idarə edən Ali Hərbi Şuranın bu yaxınlarda pozuntulara görə, parlamenti buraxmasına etiraz edirlər. Parlamentdə yerlərin çoxunu “Müsəlman qardaşları” hərakatının üzvləri tuturdu.

Ali hərbi şura hakimiyyəti qalibə verəcəyini vəd edib.

25 İyun, 2012  02:57 Baxılıb: 889 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54