dini dwkan
RUS   |    AZE

54 erməni hərbçisi vuruldu

Cəbhə xəttində gərgin vəziyyət davam edir

Azərbaycan hərbiçiləri Tərtər istiqamətindən ermənilərin cəbhə arxasına keçərək düşmənin 40-a yaxın əsgərini məhv edib, itkisiz Milli Ordumuzun cəbhə sahəsindəki başqa mövqeyinə çıxıblar.

SalamNews defence.az saytına istinadla xəbər verir ki, Azərbaycan kəşfiyyatçılarının bu uğurlu əməliyyatına cavab olaraq, Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib. Düşmən ordumuzun mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur olub. Döyüş zamanı 11 erməni kəşfiyyatçısı məhv edilib və 1-i isə əsir götürülüb.

Ermənistan tərəfi məsələ ilə bağlı şərh verməyib.

Bundan başqa, iyunun 3-dən 4-ə keçən gecə bu döyüşlərə qədər erməni tərəfinin Berdavan-Çinarlı kənd istiqamətində hücumlarının qarşısı alınıb. Nəticədə qarşı tərəfin 3 əsgəri qətlə yetirilib, 3 əsgəri və 1 zabiti isə yaralanıb. Hərbi toqquşmaların iştirakçılarının sözlərinə görə, düşmən tərəf itkilərinin sayını süni şəkildə azaldır. Döyüşlər davam edir. Beləliklə, xüsusi əməliyyat nəticəsində erməni tərəfi ümumilikdə 54 nəfər itki verib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələrəninin bölmələri iyunun 5-də saat 18.00-dan iyunun 6-ı səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozublar. Atışmalar intensiv xarakter daşımasına baxmayaraq, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

6 İyun, 2012  19:26 Baxılıb: 1109 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54