dini dwkan
RUS   |    AZE

Əli Həsənov: "Biz fəxr edirik ki, müsəlmanıq və dünyəvi dövlətik"

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov hesab edir ki, Azərbaycanla İran arasında mövcud olan problemlər yoluna qoyulacaq

“Biz elə bir formul tapacağıq ki, dünyəvi dövlət dini dövlətlə sülh şəraitində yaşayacaq. Biz fəxr edirik ki, müsəlmanıq və dünyəvi dövlətik”, - Trend-in məlumatına görə, bunu Həsənov İran-Azərbaycan münasibətlərinə dair ABŞ-ın nüfuzlu "The New York Times" qəzetinə açıqlamasında deyib. Bu barədə müəllif David M.Herszenhorn məqaləsində yazır.

Bakıda hələ də ABŞ səfirinin olmamasına münasibət bildirən PA rəsmisi deyib ki, ABŞ səfirinin olmaması müəyyən problem yaradır.

“Biz ABŞ səfiri ilə məsləhətləşmələr apara bilmirik. Amerikalılar Azərbaycan kimi ölkəni belə asanlıqla itirə bilməzlər. Onlar Azərbaycanı təkbaşına buraxa bilməzlər”, - Həsənov əlavə edib.

Müəllif yazıda qeyd edib ki, Qəbələ Radiolokasiya Stansiyasının (RLS) Rusiyaya icarəyə verilməsi haqqının 300 milyon dollara qaldırılması məsələsinə münasibət bildirən Əli Həsənov bunu əmlak qiymətlərində ciddi artımın olması ilə əlaqələndirib.

6 İyun, 2012  19:09 Baxılıb: 811 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54